Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
GƏNCLİK ÖMRÜNÜ YAŞAYA BİLMƏDİ ZAHİD

0


  • Xocalı faciəsi dünyanın ən dəhşətli faciələrindən biri idi. Xocalı faciəsi bizi tamamilə məhv etmək, dəhşətli qorxu hissini yaratmaq məqsədini güdürdü.

    Nələr gəldi, nələr getdi bu dünyadan, İlahi?!

    Xocalı qırğını, dəhşətləri az
    imiş kimi son 22 ildə bir çox dəyərli gənclərimizi itirdik. Bu itkilərin ağrı-acısı ilə Xocalı faciəsini eyniləşdirmək olar. Görəsən nədir xocalıların günahı? Dərdinin çəkilməsi mümkün olmayan bəlalara tez-tez düçar olurlar.

    Sübhi və Ziyadxanın ölümündən sonra Zahid Muradovun faciəli ölümü hamımızı yanım-yanım yandırdı. Zahid gənc olmaqla parlaq gələcəyi var idi. Əfsuslar olsun ki, onun gənclik ömrünü dəhşətli avtomobil qəzası aldı. Deyilənə görə Zahid ölümə qovuşmağa yamanca tələsirmiş. Tələsdi də, öz ölməzliyi ilə ölümə qovuşdu.

    Zahid Zahid oğlu Muradov 02.04.1992-ci ildə anadan olub. Atası Zahid Lətif oğu 10.09.1991-ci ildə Xocalı şəhərində şəhid olub. Atası şəhid olanda Zahid ana bətnində dünyaya göz açmaq yolunu gözləmişdir. Atasının adını ona vermişdilər ki, qoy atasının adı yaşasın. Ancaq bu
    adı yaşatmaq da gənc Zahidə qismət olmadı.

    Zahidin anası Afərim Xocalı faciəsi zamanı 3 gün meşə yolu ilə gələrək Zahidi öz bətnində sağ-salamat Ağdam şəhərinə gətirə bilmişdi. Faciədən 1 ay
    sonra dünyaya göz açmışdır.

    Afərim ananın ah-naləsi yeri-göyü yandırır…

    Zahid nişanlı idi. Toy gününü gözləyirdi, qara torpağa qismət oldu. Bu qismətlə barışmaq isə çox çətindir. Ən dəhşətlisi odur ki, Zahid doğulduğu gündə də həyatla vidalaşdı.

    Belə bir el bayatısı yadıma düşdü:



    Aşıq ellilər haray,

    Şana tellilər haray!

    Dəhnəmi sel apardı,

    Əli bellilər haray!



    Xocalıların dəyirmanının dəhnəsini sel 26 fevral
    1992-ci ildə yuyub apardı. Əli bellilər dəyirmanın dəhnəsini düzəltmək əvəzinə belləri ilə dünyadan vaxtsız köçən gənclərimizə məzar qazırlar.

    Başın sağ olsun Vətən! Başın sağ olsun, Xocalı!

    Yəqin ki, bu
    qəzanın qüdrətindən qurtarmaq üçün bizim də günəşimiz bir gün doğacaqdır. Qəbrin nurla dolsun, Zahid qardaşımız! Bu gənclik ömrünü niyə yaşaya bilmədin?


    Qasım QIRXQIZLI
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib52 dəfə
    GƏNCLİK ÖMRÜNÜ YAŞAYA BİLMƏDİ ZAHİD

    Maraqlı gələ bilər
    52
    44